Sabirabad müəllimlərinin bir də bu problemi var imiş..
- 20-10-2025, 16:06
---
Müəllimlər qeyd edirlər ki, hər ay Sabirabad rayonunda 4 min müəllimin əmək haqqından 2 faiz Həmkarlar İttifaqına üzvlük haqqı tutulur. Bu isə ortalama adambaşına 20 manat deməkdir. Əgər hər müəllimdən ayda ortalama 20 manat üzvlük haqqı toplanırsa, 4 min müəllimdən toplanan vəsait 80 min manat edər və Sabirabadın təhsil kollektivləri haqlı olaraq sual edirlər ki, bu vəsait hara yoxa çıxır? Yayılan məlumatlara əsasən cumhuriyyet.az bildirir ki, S.Hüseynova müraciət edən müəllimlərə cavab verilir ki, toplanan vəsaitlərin 50 faizi avtomatik olaraq Bakıya, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının hesabına köçürülür. Yerdə qalan 10 faiz yardım və putyovkaların verilməsinə xərclənir, əsas 40 faizi isə guya Sabirabadda keçirilən tədbirlərə xərclənir. Maraqlıdır ki, toplanan vəsaitlırin 50 faizi Sabirabadda qalsa da keçirilən tədbirlər, onların təşkili ilə bağlı sərf edilən vəsaitlər haqqında məlumat almaq mümkün olmayıb.
Qeyd edək ki, məsələ ilə bağlı Mil-Muğan Regional Təhsil İdarəsinə sorğu göndərilsə də, sorğuya cavab verilməyib. Azərbaycan Təhsil İşçiləri Həmkarlar İttifaqınının (ATİAHİ) Sabirabad rayon Komitəsinin saytında da yığılan üzvlük haqqları, bu vəsaitlərin sərfiyyatı ilə bağlı heç bir məlumat tapa bilmədik. Ümumiyyətlə https://sabirabad.atiahi.org/pages/sabirabad-umumi-melumat elektron ünvanda fəaliyyət göstərən saytın demək oalr ki, bütün bölmələri böşdur.
Cumhuriyyet.az