Nəşi tapılmayan şəhidin anası vəfat etdi - Foto

Cəhbə Xəbərləri



Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhid İlham Dadaşovun anası Elmira xanım vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, şəhid anası Neftçala rayonunda dünyasını dəyişib.
Qeyd edək ki, İlham Dadaşov 1973-cü ildə Neftçala rayonu Kürkənd kəndində anadan olub. 1992-ci ildə Milli Ordu sıralarına qoşulub. O, bir neçə yaşayış məntəqəsi uğrunda gedən döyüşlərdə iştirak edib. Son döyüşü Fərrux yüksəkliyi uğrunda olub və 1992-ci ildə itkin düşüb.