Husilər Qırmızı və Ərəb dənizlərində ABŞ aviasiya daşıyıcılarına hücum ediblər
- 18-04-2025, 18:45
Bu barədə hərəkatın bəyanatında bildirilib.
"Biz Qırmızı və Ərəb dənizlərində ABŞ aviadaşıyıcıları “Harry Truman” və “Carl Vinson”, eləcə də onların hərbi gəmilərinə qarşı ikiqat hərbi əməliyyat keçirdik", - bəyanatda qeyd olunub.
Bildirilib ki, bu, ABŞ-nin Yəmənin qərbindəki neft limanına zərbələr endirməsinə cavab olub. Qeyd edək ki, nəticədə 70-dən çox insan həlak olub.
Eyni zamanda husilərin hərbi komandanlığı bildirib ki, bu, "Vinson” aviasiya daşıyıcısının Ərəb dənizinə gəlişindən bəri ona edilən ilk hücum hadisəsidir.