Pakistan Hindistan təyyarələri üçün hava məkanını bağladı
- 24-04-2025, 16:58
Bu barədə qərar ölkənin Baş naziri Şahbaz Şərifin sədrliyi ilə İslamabadda keçirilən Milli Təhlükəsizlik Komitəsinin iclasında qəbul edilib.
Bununla yanaşı, Pakistan Hindistanla sərhəddə yerləşən “Vagah” nəzarət-buraxılış məntəqəsini də bağlayır.
Xatırladaq ki, aprelin 22-də Hindistanın cənubunda yerləşən Kəşmir vilayətində turistlərə silahlı hücum edilib. Hücum zamanı azı 25 turist həlak olub, 24-ü yaralanıb. Hindistan hadisəyə görə Pakistanı günahlandırıb və ölkənin Nyu Dehlidəki Səfirliyinin müdafiə, hərbi-dəniz və Hərbi-hava Qüvvələri üzrə müşavirlərini “arzuolunmaz şəxs” elan edib. Həmin şəxslər həftə ərzində Hindistanı tərk etməlidirlər.
Bununla yanaşı, Hindistan rəhbərliyi Pakistan vətəndaşlarına viza verilməsinin dərhal dayandırılmasına və aprelin 27-dən başlayaraq daha əvvəl verilən vizaları ləğv etməyə qərar verib.