Novruz türk dünyasının ortaq bayramı ola bilər
- 21-05-2025, 16:58
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Macarıstanın paytaxtı Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının qeyri-rəsmi Zirvə görüşündə çıxışı zamanı deyib.
O bildirib ki, Novruz bayramı min ildən çox davam edən ortaq mədəniyyət və tarixin, taleyin birliyinin ən mühüm mədəni irsidir: “21 mart tarixinin bundan sonra Türk Dövlətləri Təşkilatının Novruzu Anma və Qeydetmə Günü elan olunmasından məmnun olarıq. Eyni şəkildə, YUNESKO-nun Səmərqənddə keçiriləcək 43-cü Baş Konfransında dekabrın 15-nin Dünya Türk Dili Günü elan edilməsinin çox böyük əhəmiyyəti olacağına inanırıq”.