Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Dövlət Başçıları Şurasının iclası başlayıb
- 1-09-2025, 11:00
İclası Çin Xalq Respublikasının Sədri Si Cinpin açıb.
İclasda Təhlükəsizlik Çağırışları və Təhdidləri ilə Mübarizə üzrə Universal Mərkəz və ŞƏT-in Narkotiklərlə Mübarizə Mərkəzi təqdim olunacaq. Bundan əlavə, bir sıra sənədlərin imzalanması planlaşdırılır. Onların arasında Tiencinn Bəyannaməsi və 2035-ci ilə qədər ŞƏT-in İnkişaf Strategiyası var.