Ermənistanın sərhəd ştampı dəyişir: Ağrı dağının şəkli LƏĞV OLUNUR
- 14-09-2025, 15:00
Bu barədə “Aprelu Yerkir” partiyasının həmtəsisçisi Mesrop Arakelyan Facebook səhifəsində qeyd edib.
Onun sözlərinə görə, hökumətin qərarı ilə noyabrın 1-dən etibarən Ermənistanın sərhəd ştampında Ağrı dağı təsvir olunmayacaq.
Arakelyan ironiya ilə yazıb: "Onlar "Ermənistan" sözünü də çıxara bilərdilər? Etmədilər".
Bu barədə qərarın sentyabrın 11-də verildiyi bildirilib.