Venesuela ABŞ ilə gərginlik fonunda Karib hövzəsində hərbi təlimlər keçirəcək
- 18-09-2025, 10:00
Zərbələr və ABŞ Hərbi Dəniz Qüvvələrinin bölgəyə yerləşdirilməsi Vaşinqtonun narkotik kartelləri ilə əlaqələrdə ittiham etdiyi Venesuelaya mümkün müdaxilə qorxusunu artırıb.
Təlimlərə başlamaq əmrini Venesuelanın müdafiə naziri Vladimir Padrino Lopez verib. O, qeyd edib ki, təlimlərə Venesuela Silahlı Qüvvələrinin bütün bölmələri: əməliyyat qrupu, birgə aerokosmik, xüsusi təyinatlılar, kəşfiyyat və elektron döyüş qüvvələri cəlb olunacaq.
Təlimlərdə Xüsusi Dəniz Qüvvələrinin 12 gəmisi, 22 təyyarəsi və 20 kiçik kateri iştirak edəcək.