Rusiya Ukraynanın 19 PUA-sını VURDU

Dünya


Rusiya hava hücumundan müdafiə sistemləri gecə ərzində Ukraynaya məxsus 19 pilotsuz uçuş aparatını (PUA) zərərsizləşdirib.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlikdən verilən məlumata görə, PUA-lar Krım, Bryansk, Kursk vilayətləri və Qara dəniz üzərində aşkarlanaraq məhv edilib.