Ərdoğan Trampla müzakirə edəcəyi mövzuları açıqlayıb
- 21-09-2025, 14:00
Türkiyə lideri bu barədə ABŞ-yə yola düşmədən öncə Atatürk Hava Limanında keçirdiyi mətbuat konfransında danışıb.
O qeyd edib ki, Trampla görüşündə regional məsələlər ön planda olacaq.
"Bölgəmizdə münaqişə və gərginliyin azaldılmasında biz liderlərə böyük məsuliyyət düşür", - Ərdoğan bildirib.
O həmçinin Nyu-Yorkda da bir sıra dövlət və hökumət başçıları və iş adamları ilə görüşlər keçirəcəyini vurğulayıb.