Çində mağazada partlayış baş verib, ölən və xəsarət alan var
Dünya
12-10-2025, 14:00

Çində mağazada partlayış baş verib, ölən və xəsarət alan var

Çinin şimal-qərbindəki Qansu əyalətinin Lançjou şəhərində mağazada baş verən partlayış nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb.

Bu barədə Çin Mərkəzi Televiziyası (CCTV) məlumat yayıb.

Partlayış yerli vaxtla səhər saat 9:25 radələrində Anninq rayonunda baş verib. Partlayışın səbəbi hələ müəyyən edilməyib.

Araşdırmalar davam edir.
Son xəbərlər