Kats girovların qaytarılmasından sonra HƏMAS-a aid tunellərin məhv ediləcəyini açıqlayıb
- 12-10-2025, 16:00
Bu barədə İsrailin müdafiə naziri İsrael Kats "X" sosial şəbəkə hesabında yazıb.
"İsrailin girovların geri qaytarılmasından sonrakı əsas vəzifəsi Qəzza sektorundakı HƏMAS-ın bütün tunellərinin məhv edilməsi olacaq - həm İsrail Müdafiə Ordusunun birbaşa qüvvələri ilə, həm də ABŞ-nin rəhbərliyi və nəzarəti altında yaradılacaq beynəlxalq mexanizm vasitəsilə", – paylaşımda qeyd olunub.