Tramp: Qəzzada atəşkəsin saxlanacağına əminəm
- 13-10-2025, 09:30
Bunu Amerika lideri İsrailə yola düşməzdən əvvəl jurnalistlərə mövzu ilə bağlı sualı cavablandırarkən deyib.
"Düşünürəm, bəli, düşünürəm ki, bu (müqavilə - red.) olacaq", - o bildirib.
Prezident əlavə edib ki, bu inamın bir çox səbəbləri var, o cümlədən insanların münaqişədən yorulması.
Amerika liderinin sözlərinə görə, o, gələcəkdə Qəzza zolağına səfər etmək istərdi.
"Mən bunu etmək istərdim. Ən azı ora ayaq basmaq istərdim", - Tramp deyib.