Tramp: ABŞ HƏMAS-a qarşı güc tətbiq etməyə hazırdır
- 21-10-2025, 09:00
Bu barədə o, Ağ Evdə Avstraliyanın Baş naziri Entoni Albanese ilə görüşü zamanı Qəzza zolağındakı vəziyyəti jurnalistlərə şərh edərkən deyib.
"Mən inanmıram ki, bunu HƏMAS-ın rəhbərliyi edib", – ABŞ lideri bildirib.
Eyni zamanda Tramp vurğulayıb ki, əgər vəziyyət gərginləşərsə, ABŞ HƏMAS-a qarşı qətiyyətli güc tətbiq etməyə hazırdır:
"HƏMAS ilə bağlı vəziyyətimiz nisbətən kiçikdir. Əgər onlar özlərini düzəltməsələr, bu, çox tez həll olunacaq".
Qeyd edək ki, İsrail və HƏMAS bundan əvvəl bir-birini atəşkəsi pozmaqda ittiham etmişdi.