İsrailin kəşfiyyat PUA-ları Livanın prezident sarayının üzərində dövrə vurub
- 21-10-2025, 09:30
Bu barədə “Elnashra” xəbər portalı məlumat yayıb.
Məlumata görə, İsrailin kəşfiyyatçı PUA-ları günorta saatlarında Baabda prezident sarayının səmasında bir neçə dəfə peyda olub.
Pilotsuz təyyarələrin uğultuları gün ərzində şəhərin mərkəzi rayonlarında, əhalinin sıx məskunlaşdığı Dahiya, Cnah və Hadasın kənarlarında, eləcə də Aramoun, Bshamoon və Khalde şəhərətrafı ərazilərində eşidilib.