KİV: BƏƏ Prezidentinin müşaviri Uitkoff və Kuşner ilə Qəzzadakı vəziyyəti müzakirə edib
- 23-10-2025, 11:00
Bu barədə BƏƏ-nin WAM informasiya agentliyi məlumat yayıb.
İki ölkənin nümayəndələri arasında danışıqlar Uitkoff və Kuşnerin İsraildəki səfərini başa vurduqdan sonra Əbu-Dabidə keçirilib. Agentlik qeyd edib ki, görüşün iştirakçıları həmçinin ABŞ-nin prezident Donald Trampın planı çərçivəsində əldə edilmiş razılaşmanın möhkəmləndirilməsini təmin etmək üçün göstərdiyi səyləri müzakirə ediblər.