Britaniyadan “Lukoil”la bağlı gözlənilməz QƏRAR
Dünya
28-11-2025, 09:12

Britaniyadan “Lukoil”la bağlı gözlənilməz QƏRAR

Britaniyadan “Lukoil”la bağlı gözlənilməz QƏRAR


Böyük Britaniya hökuməti “Lukoil” şirkətinin xarici aktivlərini müvəqqəti olaraq sanksiyalardan çıxarıb.

"Bu barədə məlumat Krallığın Maliyyə Nazirliyinin saytında dərc olunub.

Qərara əsasən, Rusiyanın enerji şirkətinin beynəlxalq aktivlərinə aid ümumi lisenziya 27 noyabr 2025-ci ildən 26 fevral 2026-cı ilədək qüvvədə olacaq. Bu müddət ərzində Lukoil International və onun törəmə şirkətləri ilə mövcud və ya yeni bağlanmış müqavilələr çərçivəsində ödənişlərin edilməsi və qəbuluna icazə veriləcək.

Nazirliyin bəyanatında vurğulanır ki, bu lisenziya Lukoil International şirkətləri ilə biznes əməliyyatlarının davam etdirilməsinə imkan yaradır.
Son xəbərlər