“Qəzaya düşən Türkiyə təyyarəsinin “qara qutu”su araşdırılır”
- 20-12-2025, 14:16
Bu barədə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər bildirib.
Onun sözlərinə görə, Türkiyə Aerokosmik Sənayesi (TUSAŞ) qəzaya uğramış təyyarənin “qara qutu”sunun araşdırılması işlərinə davam edir: “C-130” təyyarələrini 1964-cü ildən bəri istifadə edirik. O gündən indiyə qədər belə bir hadisə olmayıb. “C-130” dünyada ən təhlükəsiz təyyarələrdən hesab edilir və təxminən 70 ölkədə istismar olunur. Bu qəzadan sonra Türkiyə Milli Hərbi Hava Qüvvələrinin istismarında olan bütün “C-130” təyyarələri yoxlamaya göndərilib. Yoxlama başa çatdıqdan sonra bu təyyarələrin istismarı davam etdiriləcək.
Araşdırmanın nəticəsini tam şəffaf şəkildə ictimaiyyətə açıqlayacağıq”.
Xatırladaq ki, noyabrın 11-i Azərbaycan-Gürcüstan sərhədində Türkiyə Silahlı Qüvvələrinə məxsus “C-130” tipli təyyarə qəzaya uğrayıb. Nəticədə təyyarədə olan 20 hərbçi həlak olub.