İranda azı 5 etirazçı öldürülüb

Dünya

İranda hüquq-mühafizə orqanlarının açdığı atəş nəticəsində ən azı 5 etirazçı öldürülüb.

Bu barədə Əbdürrəhman Boroumand adına İnsan Hüquqları Mərkəzi öz X hesabında paylaşım edib.

Məlumatda ölənlərin şəxsiyyətlərinin müəyyən edildiyi bildirilib.

Xatırladaq ki, İranda bir neçə gündür milli valyutanın dəyərsizləmşəsi və sosial rifahın düşməsinə qarşı aksiyalar keçirilir.