“Günahı Amerikada axtarmayın, bizdədir...” - Pezeşkian
- 2-01-2026, 15:00
İran lideri problemlərin həllində uğur səviyyəsinin bir çox hallarda düşüncə tərzi və yanaşmadan asılı olduğunu söyləyib.
“Əgər insanlar narazıdırsa, bu bizim günahımızdır. Günahı Amerikada və ya başqalarında axtarmayın. Məsuliyyət bizim üzərimizdədir”, - o bildirib.
Onun sözlərinə görə, hökumət ictimai etimadı bərpa etmək üçün səmərəli xidmətlər göstərməli, resursları düzgün idarə etməli, eləcə də iqtisadi və sosial problemlərə praktik həll yolları tapmalıdır.
Xatırladaq ki, İranda bir neçə gündür hökumətə qarşı etirazlar müxtəlif şəhər və əyalətlərdə davam edir. Aksiyalar zamanı bir neçə etirazçının güllə yarası alaraq öldüyü bildirilir.