Pezeşkian: İran xalqı düşmənlərin bədniyyətli planlarına sarsıdıcı cavab verdi
- 13-01-2026, 10:00
Bunu İran Prezidenti Məsud Pezeşkian televiziya müraciətində bildirib.
“İran xalqı düşmənlərin bədniyyətli planlarına sarsıdıcı cavab verib və bu, hiyləgər muzdlu qüvvələrə arxalanan amerikalı siyasətçilər üçün xəbərdarlıq olmalıdır”, - Prezident deyib.
Pezeşkian qeyd edib ki, miqyasına görə misilsiz olan aksiya vətəndaşların ayıq-sayıqlığını və inqilabi nailiyyətlər, eləcə də dini dəyərləri müdafiə etməyə hazır olduqlarını təsdiqləyib.
Prezident mərkəzi Tehranın İnqilab meydanında keçirilən hökumətyönlü mitinqin iştirakçılarına təşəkkür edib.
Apa