NATO patrul xidməti üçün Türkiyədən F-16-ları vaxtından əvvəl təqdim etməyi xahiş edib
- 13-01-2026, 10:30
Bu barədə "Bloomberg" mənbələrə istinadən məlumat yayıb.
Agentliyin yazdığına görə, NATO ilə Türkiyə arasında Türkiyə hərbi təyyarələrinin 2026-cı ilin dekabrından 2027-ci ilin martınadək Rumıniyada yerləşdirilməsi barədə razılaşma da mövcuddur.
Məqalədə qeyd olunur ki, Ankara hələlik NATO-nun bu müraciətinə necə cavab verəcəyi barədə qərar qəbul etməyib.
Mənbələrin bildirdiyinə görə, Türkiyə qırıcıları bu missiya çərçivəsində sonuncu dəfə 2025-ci ilin əvvəlində patrul uçuşları həyata keçirib.