Yol polisindən çağırış
- 24-01-2026, 14:45
Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına xəbərdarlığında bildirilib.
Qeyd olunub ki, Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu avtomagistrallarda hərəkət intensivliyinin artacağını nəzərə alaraq, xüsusilə səfərə çıxan sürücülərdən yollarda buzlaşma ehtimalını unutmamağı, texniki-təhlükəsizlik baxımından yararsız, mövsümə uyğun təchiz edilməmiş avtomobillərlə yola çıxmamağı, səfərləri mümkün qədər günün işıqlı vaxtına planlaşdırmağı, sərnişindaşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərdən daha təhlükəsiz marşurutlar üzrə hərəkətə üstünlük verməyi xahiş edir.