Sonuncu girovun meyiti Qəzzadan İsrailə qaytarıldı
- 26-01-2026, 18:47
Bu haqda İsrail Müdafiə Qüvvələrinin sözçüsü bildirib.
“İsrail Müdafiə Qüvvələrinin rəsmiləri Ran Qvilinin ailəsinə onun şəxsiyyətinin müəyyən edildiyi və dəfn olunmaq üçün geri qaytarılacağı barədə məlumat veriblər”, - deyə məlumatda bildirilir.
Bildirilir ki, İsrail polisinin xüsusi təyinatlı dəstəsində xidmət edən 24 yaşlı mayor Ran Qvili 2023-cü il oktyabrın 7-də 24 yaşında döyüş zamanı öldürülüb. Onun cəsədi qaçırılaraq Qəzza zolağında saxlanılıb.