Gürcüstan ötən il Rusiyadan rekord həcmdə neft idxal edib
- 31-01-2026, 13:55
Bu barədə məlumatı “RİA Novosti” yayıb.
Bildirilib ki, 2025-ci ildə Gürcüstanın Rusiyadan idxal etdiyi neftin həcmi 10,5 min tondan 225,3 min tona çatıb.
Bundan əvvəl isə rekord göstərici 2016-cı ildə qeydə alınıb. Bu zaman, Gürcüstan Rusiyadan 10,8 milyon dollara 39,6 min ton neft alıb.