KİV: ABŞ İsrailin İrana mümkün zərbələrini dəstəkləməyə hazırdır
- 16-02-2026, 06:31
Bu barədə "CBS News" mənbələrə istinadən xəbər verib.
Məlumata görə, ABŞ Prezidenti Donald Tramp bu mövqeyi 2025-ci il dekabrın sonlarında Florida ştatındakı Mar-a-Laqo iqamətgahında İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşündə bildirib.
Teleşirkət bildirib ki, Pentaqon və ABŞ kəşfiyyatının yüksək vəzifəli rəsmiləri İsrailin İrana qarşı yeni zərbələrini dəstəkləmək imkanlarını müzakirə edirlər.
ABŞ administrasiyası daxilində müzakirə əsasən İsrail təyyarələrini yanacaqla doldurmaq və onların üçüncü tərəf ölkələri üzərindən uçması üçün icazə almaq da daxil olmaqla, ABŞ-nin necə kömək edə biləcəyi mövzusuna yönəlib.