İsrail Ordusunun dronu "İslam cihadı" yaraqlılarının avtomobilinə hücum edib
- 16-02-2026, 09:00
İsrail Hərbi Hava Qüvvələrinin pilotsuz təyyarəsi Fələstinin "İslam cihadı" radikal qruplaşmasının silahlı qanadının üzvlərinin olduğu avtomobilə zərbə endirib.
Bu barədə "Janoubia" portalı məlumat yayıb.
Hadisə Livan-Suriya sərhədinin yaxınlığındakı Majdal-Anjar rayonunda baş verib.
Avtomobil hava hücumu nəticəsində alovlanıb, içindəki yaraqlılar ölüb. Onların sayı dəqiqləşdirilir.