ABŞ-nin baş prokuroru adı Epşteyn işində qeyd olunan şəxslərin siyahısını açıqlayıb
- 16-02-2026, 12:00
Müvafiq sənəd "DocumentCloud" platformasında yerləşdirilib.
Qeyd olunur ki, siyahıya adları sənədlərdə azı bir dəfə qeydolunan və ya əvvəllər dövlət məmuru, ya da siyasi cəhətdən əhəmiyyətli şəxslər daxil edilib. Siyahıda adları qeyd olunanlar arasında ABŞ-nin 42-ci Prezidenti Bill Klinton, 46-cı Prezident Co Bayden, "Microsoft" şirkətinin təsisçilərindən biri Bill Qeyts və müğənni Beyons da var.