Lukaşenko rəqibinin evə qayıtmasına icazə verdi
- 20-02-2026, 17:07
Bu barədə Lukaşenkonun mətbuat katibi Natalya Eysmont bildirib.
“Əvvəlcə xatırlatmaq istəyirəm ki, Nikolay Statkeviçin əfv edilməsi barədə qərarı prezident çoxdan qəbul etmişdi. Lakin o zaman Statkeviç “cənnət bağçası”na (Avropa İttifaqı – red.) getməkdən imtina etmiş və həbsxanaya qayıtmışdı”, - Eysmont deyib.
Onun sözlərinə görə, bundan sonra Statkeviçin səhhətində problemlər yaranıb. Beyin infarktı (işemik insult - red.) keçirmiş siyasətçi prezidentin qərarı ilə tibb müəssisəsinə köçürülüb.
Hazırda Statkeviçin ev şəraitində müalicə aldığı bildirilir.
Qeyd edək ki, Nikolay Statkeviç 2010-cu ildə keçirilmiş prezident seçkilərində Lukaşenkonun rəqiblərindən biri olub. O, səsvermədən sonra iğtişaşların təşkili ittihamı ilə həbs edilib.