Pezeşkian: İran nüvə danışıqlarında ABŞ-nin təzyiqinə təslim olmayacaq
- 22-02-2026, 16:00
Pezeşkianın verdiyi açıqlamalar Fars körfəzindəki yüksək gərginlik fonunda səslənib.
Məsud Pezeşkian İran Paralimpiya komandasının üzvlərinin şərəfinə keçirilən mərasimdə deyib:
"Biz bu çətinliklərin heç biri qarşısında əyilməyəcəyik. Dünya gücləri qorxaqlıq nümayiş etdirərək bizi başımızı əyməyə məcbur etmək üçün sıraya düzülüblər. Necə ki, siz çətinliklər qarşısında əyilmədiniz, biz də bu problemlər qarşısında əyilməyəcəyik".