“Biz regionda davamlı sülhə sadiqik” - Pezeşkian

Dünya


“Vasitəçilik bu münaqişəni alovlandıranlara yönəlməlidir”.

Bu barədə İran Prezidenti Məsud Pezeşkian “X” sosial şəbəkəsindəki hesabında yazıb. 

“Bəzi ölkələr vasitəçilik səylərinə başlayıblar. Onlara cavabımız aydındır: biz regionda davamlı sülhə sadiqik, lakin xalqımızın ləyaqətini və suverenliyi tərəddüd etmədən müdafiə edirik. Vasitəçilik İran xalqını lazımınca qiymətləndirməyənlərə və bu münaqişəni alovlandıranlara yönəlməlidir”, - paylaşımda deyilir.