İran müharibənin bitməsi üçün şərtlərini açıqladı

Dünya

 
İran müharibənin başa çatması üçün şərtlərini açıqlayıb.

Bu barədə İran hökumətinin sözçüsü Möhsən Rzayi danışıb.

O bildirib ki, sanksiyalar tam ləğv olunana qədər İran hərbi əməliyyatları dayandırmayacaq.

“Müharibə bütün ziyanın kompensasiyası, bütün iqtisadi sanksiyaların ləğvi və ABŞ-nin İranın daxili işlərinə müdaxilə etməyəcəyinə dair beynəlxalq hüquqi zəmanətlərin verilməsinə qədər davam edəcək”, - M.Rzayi vurğulayıb.