Krasnodarda helikopter qəzaya uğrayıb
- 24-06-2026, 19:00
[center][/center]
Rusiyanın Krasnodar diyarında helikopter qəzaya uğrayıb.
Kənd təsərrüfatı təyinatlı “Mi-2” helikopterinin göyərtəsində iki nəfər - pilot və sərnişinin olduğu bildirilib.
Qəza Prikubanski kəndi yaxınlığındakı pullu yolun yaxınlığında baş verib.
Pilotun yaralandığı, sərnişinin taleyinin naməlum olduğu qeyd edilib.