İran XİN İraqla münasibətlərin genişləndirilməsini prioritet sayır
Dünya
28-06-2026, 14:30


İran XİN İraqla münasibətlərin genişləndirilməsini prioritet sayır

 
İran üçün İraqla münasibətlərin genişləndirilməsi hər zaman prioritet olacaq.

Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai "X" sosial şəbəkə hesabında yazıb.

"Biz xarici işlər nazirinin müşayiəti ilə Bağdada gəldik və qələbə liderlərini salamladıqdan sonra iraqlı qardaşlarla, o cümlədən respublika Prezidenti, Baş nazir və xarici işlər naziri ilə görüşlər keçirəcəyik", - o bildirib.

Qeyd edək ki, İran ilə İraq XİN rəhbərləri Abbas Əraqçi və Fuad Hüseyn görüşüb. Müzakirə mövzuları hələ açıqlanmayıb.
[center]İran XİN İraqla münasibətlərin genişləndirilməsini prioritet sayır[/center]

Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər