[center]
[/center]
İsrail Müdafiə Ordusu Livanın cənubundakı Nəbatiyyə bölgəsində Livanın radikal "Hizbullah" hərəkatının bir neçə döyüşçüsünün zərərsizləşdirildiyini açıqlayıb.
Bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb.
"Qumbaraatanlarla silahlanmış yaraqlılar məhv edilib və Nəbatiyyə ərazisində raket qurğusuna zərbə endirib", - ordunun "Telegram" kanalında dərc olunan məlumatda bildirilir.
İsrail hərbçiləri təhlükə yaratdığını iddia etdikləri "Hizbullah"a məxsus buraxılış qurğusunun məhv olunduğunu əlavə ediblər.
Vurğulanıb ki, hərbi qulluqçular ölkənin mülki əhalisi üçün təhlükələrin qarşısını almaq məqsədilə "Hizbullah" hərəkatının obyektlərinə, üzvlərinə zərbələr endirməyə davam edəcəklər.
"Effekt-İnşaat" MTK-nın dövlətə 294 min manatdan çox BORCU VAR
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ CƏNAB İLHAM ƏLİYEVƏ MÜRACİƏT
"Effekt-İnşaat" MTK-nın dövlətə 294 min manatdan çox BORCU VAR