Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var
- 19-07-2026, 15:00
[center]
Elbrus dağına dırmaşan iki alpinist yüksəklikdən yıxılıb.
Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin axtarış-xilasetmə dəstəsi məlumat yayıb.
Hadisənin təxminən 4200-4600 metr yüksəklikdə baş verdiyi bildirilir.
Qəza nəticəsində alpinistlərdən biri həlak olub, digəri isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.