Bu gün Azərbaycan derbisi olacaq
İdman
26-04-2026, 11:00

Bu gün Azərbaycan derbisi olacaq

[center]Bu gün Azərbaycan derbisi olacaq[/center]

Misli Premyer Liqasında 29-сu turun oyunları keçirilir.

Bu gün daha 2 oyun baş tutacaq.

Əvvəlcə, “Şamaxı” “Kəpəz”i qəbul edəcək. Mərkəzi oyun isə “Neftçi” ilə “Qarabağ” arasında olacaq.

Misli Premyer Liqası

29-cu tur

26 aprel

“Şamaxı” – “Kəpəz”

Hakimlər: Rəşad Əhmədov, Zeynal Zeynalov, Gülnurə Əkbərzadə, Kamran Əliyev.

Şamaxı şəhər stadionu,

16:00. “Neftçi” – “Qarabağ”

Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, Kamranbəy Rəhimov.

“Palms Sports Arena”, 19:00.

Son xəbərlər