Azərbaycanın kişi voleybolçulardan ibarət millisi Avropa Liqasında ikinci görüşünü keçirəcək

İdman

 
Azərbaycanın kişi voleybolçulardan ibarət millisi Avropa Liqasında bu gün ikinci görüşünü keçirəcək.

Boris Qrebennikovun baş məşqçi olduğu kollektiv İsveç yığması ilə üz-üzə gələcək.

Qarşılaşma İsveçin Lund şəhərində, Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.

Qeyd edək ki, Azərbaycan seçməsi ilk görüşdə Yunanıstana 0:3 hesabı ilə uduzub.