Göygöldə ər-arvadı maşın vurdu
- 19-10-2025, 10:40
1952-ci il təvəllüdlü Nurəddin Mirzəyev və onun həyat yoldaşı, 1952-ci il təvəllüdlü Urzat Mehdiyevanı avtomobil vurub.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan hər iki zərərçəkən xəstəxanaya aparılıb. Onların vəziyyəti kafi qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.