Bakıda partlayış olan ofisdən - Yeni görüntülər

Kriminal



Bakının Nərimanov rayonunda partlayış baş verən ofisdə xilasetmə itləri ilə birgə axtarış işləri aparılır.

“Qafqazinfo”nun hadisə yerində olan əməkdaşlarının məlumatına görə, dağıntılar altında qalanların olma ehtimalı var.

TƏBİB-in yaydığı ilkin məlumata görə, hadisə nəticəsində 5 nəfər yaralanıb.

Xatırladaq ki, partlayış səhər saatlarında Ə.Rəcəbli küçəsində yerləşən “AFEN Plaza” biznes mərkəzində qeydə alınıb.

Fotolar: Pərvin Zeynal