Bakı-Quba yolunda yük maşınının vurduğu piyada ölüb
Kriminal
6-03-2026, 09:30

Bakı-Quba yolunda yük maşınının vurduğu piyada ölüb

Bakı-Quba yolunda yük maşınının vurduğu piyada ölüb

Bakı-Quba yolunda piyadanın ölümü ilə nəticələnən ağır qəza baş verib.

Hadisə yolun Saray postu istiqamətindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, "KamAZ" markalı yük avtomobili yolu keçən piyadanı vurub. Zərbənin təsirindən piyada aldığı ağır xəsarətlərdən hadisə yerindəcə həyatını itirib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Qəzanın baş vermə səbəbləri müəyyənləşdirilir.("Report")
Son xəbərlər