46 yaşlı qadın bıçaqlandı - Oğlu şübhəli bilinir

Kriminal



Samux sakini bıçaq xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.

Əhmədbəyli kənd sakini, 1980-ci il təvəllüdlü Elnurə Ələkbərova xəstəxanaya çatdırılıb.

Qadının vəziyyəti orta-ağırdır.

Məlumata görə, 2005-ci il təvəllüdlü Raul Ələkbərov ailə münaqişəsi zəminində anası, Elnurə Ələkbərovanı bıçaqlamaqda şübhəli bilinir. 

Faktla bağlı Samux Rayon Polis Şöbəsində araşdırmalar davam edir.