Təmizlik maşınının vurduğu 26 yaşlı qız öldü

Kriminal

Xətai rayonunda Kommunal Təmizlik Birliyinə məxsus yük maşını qəza törədib.

Hadisə Gəncə prospektində baş verib.

Təhməz Səfərovun idarə etdiyi KTB-yə aid “QAZ-53” markalı avtomobil yolu keçən 26 yaşlı Ayşən Osmanovanı vurub.

Piyada aldığı xəsarətlərdən xəstəxanada ölüb.