Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Kriminal
10-05-2026, 12:00

Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı

[center]Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı[/center]
Ağdam rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Qəza rayonun Xıdırlı kəndi ərazisində qeydə alınıb.

Məlumata görə, hərəkətdə olan “Hyundai” markalı avtomobil qarşıdan gələn “VAZ-2106” markalı maşınla toqquşub.

Qəza nəticəsində avtomobillərdə olan 4 nəfər hadisə yerində həyatını itirib, 1 nəfər isə ağır xəsarət alıb. Yaralıların xəstəxanaya çatdırılması üçün hadisə yerinə həkim briqadaları cəlb olunub.

Ölən şəxslərin hərbçi olduqları bildirilir.

FHN-nin Qarabağ Regional Mərkəzinin xilasediciləri avtomobillərdə sıxılı vəziyyətdə qalan meyitləri çıxararaq aidiyyəti üzrə təhvil verib.

Faktla bağlı araşdırma aparılır.

Xıdırlıda
Son xəbərlər