Müsadirə olunmuş Bakı Oksford Məktəbini icarəyə götürdülər - DETALLAR
- 16-01-2025, 16:46
Bunlar arasında Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən Bakı Oksford Məktəbi də var.
Gununsesi.info-nun əldə etdiyi məlumata görə, Rasim Məmmədovun həyat yoldaşı Mehriban Məmmədova əllərindən alınan Bakı Oksford Məktəbini icarəyə götürüb.
“Hazırda məktəbə yenə də Mehriban Məmmədova rəhbərlik edir” deyə mənbəmiz əlavə edib.
Qeyd edək ki, Bakı Oksford Məktəbi imkanlı şəxslərin övladlarının təhsil aldığı müəssisə kimi tanınır.
Bu məktəbin bazar dəyəri 30 milyon manata yaxın qiymətləndirilir.