“Xətai Park Servis”in NÖVBƏTİ NAŞILIĞI... - "Heç sənədləri əməlli-başlı saxtalaşdıra da bilmirlər..."
- 24-01-2025, 09:42
Ekspert daha sonra bunları əlavə edib: "Kompleksdə 1500-dən çox mənzil var, bu isə cəmi 9 nəfərin imzası ilə protokol gətirib ki, ay məhkəmə, biz binanı qanuni olaraq ümumi yığıncağın bu qərarı əsasında idarə edirik. Əlavə olaraq təxmini 400 nəfərin də imzalı sənədini gətiriblər ki, sakinlər bizdən razıdır və guya ki, bu imzalar da ümumi yığıncaqda çoxluğun iştirakını təsdiq edir (halbuki, 750-dən də xeyli çox imza lazımdır). Nümayəndəsindən soruşdum ki, bu ümumi yığıncağı harada keçirmisiz əyani şəkildə? Cavab verdi ki, “harada lazımdırsa, orada da keçirmişik”. Bu anda protokolun tarixinə (1 may 2020-ci il) fikir verərək, özümü gülməkdən zorla saxlayaraq dedim ki, keçirə bilməzdiniz axı o dövrdəki karantin qaydalarına əsasən. Şahmatda buna “kooperativ mat” deyirlər. Yəni tikinti şirkəti ona mat qoymağıma özü yardım etdi!.. Ümumi nəticə isə budur: tikinti şirkətləri o qədər harınlayıb ki, heç sənədləri də əməlli-başlı saxtalaşdıra bilmirlər..."(Dia.az)