Buralar da RUSDAN QALIB... - İLGİNC...
- 24-02-2025, 12:49
O yazır: "Əslində İslamda “kilsə” institutu, yəni iyerarxik təsisat-filan yoxdur. Rusiya bu İdarəni sırf “kilsə”, xristian patriarxatı kimi yaratmışdı ki, müsəlmanları ələ ala bilsin. Buna görə də İdarənin əməkşdaları xəzinədən maaş alırdılar. Buna görə də İdarə imperiyanın maraqlarına xidmət edirdi. Məsələn, imperiyanın Osmanlı ilə müharibələri zamanı rus ordusuna xeyir-dua verirdi. SSRİ dövründə də eyni yanaşma idi. Məsələn, artıq 45 ildir həmin İdarəyə rəhbərlik edən Allahşükür Paşazadə Əfqanıstana yürüdülmüş Sovet ordusuna da xeyir-dua vermişdi. Bəli, SSRİ dağılanda şeyximiz hətta Qorbaçova da dil uzatmağa başladı. Amma ona o zaman dil uzatmayan qalmışdı ki? Polad Bülbüloğludan tutmuş DTK generallarınadək hamı söyürdü də Qorbaçovu. Bu da bir plan idi, oyun idi…
P.S. Ümumiyyətlə, dünyəvi dövlətdə belə mərkəzləşdirilmiş dini qurumun olması yolverilməzdir. Vicdan azadlığına ziddir. Dünyəvi dövlət ilk növbədə o deməkdir ki, dövlət dinə qarışmamalıdır (və əksinə). Bizdə isə Rusiyanın qoyduğu ənənə hələ də davam edir. Dini radikalizmin səbəblərindən biri də budur. Sıravi müsəlmanlar mərkəzləşdirilmiş dini quruma etimad etmir və asanlıqla radikalların caynağına keçirlər..."
Dia.az