Miqrasiya Xidməti QAYNADI VƏ... - TEZ DƏ SÖNDÜ...
- 24-02-2025, 14:08
"Dia.az"ın məlumatında iddia olunurdu ki, vəzifəsindən uzaqlaşdırılanlar arasında Dövlət Miqrasiya Xidmətinin daxili nəzarət şöbəsinin rəisi Emin Həsənov da var. Qeyd edək ki, bu günə qədər adı müxtəlif qalmaqallarda hallanan Emin Həsənov Prezident Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri postunu tutan Kərəm Həsənovun qardaşı oğludur.
İndi isə aydın olur ki, vəzifəsindən uzaqlaşdırılanlar da Emin Həsənovu həbsdən qoruyan Kərəm Həsənov onun vəzifə mövqelərini qoruya bilməsə də, prosesləri durdurmağa müəvffəq olub.
Mənbə iddia edir: "Kərəm Həsöənov güclü çıxdı. Qardaşı oğlunu nəinki həbsdən qurtardı, eləcə də bu olayları "yatırda bildi". Bundan sonra Emin Həsənovu yeni postda görsək heyrətlənməyək..."
Dia.az