İşçilər platformada qalıb, SOCAR və “Azneft” İB-in xəbəri yoxdu
- 26-02-2025, 14:22
Tribunainfo.az xəbər verir ki, bu sözləri hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı bildirib. O qeyd edib ki, buna görə SOCAR rəhbərliyinə və sahə üzrə məsul şəxslər barəsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 310-cu maddəsi tədbiq edilməlidir:
“Nə günahı var işçilərin? Dəniz platformalarından yazırlar ki, fevral ayının 19-dan platformada qalmışıq. İşdən çıxa bilmirik. Əlli dənə bəhanə gətirirlər. Platformadakı işçilər yazır ki, 6 gündür evimizə gedə bilmirik. Xahiş edirlər ki, ictimailəşdirək və bəlkə “Azneft” İB və ya SOCAR görər və yadlarına düşər ki, işçilər qalıb blokda”.