Əmir Şirinbəylinin evindən 244 minlik qızıl oğurlayan - Xadimənin cəzası bəlli oldu
- 28-02-2025, 17:09
“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda evi talanan Şirinbəyli ifadə verib. Zərərçəkmiş deyib ki, Ruhiyyə evində xadimə işlədiyi vaxt oğurladığı qızıl-zinət əşyalarının çoxunu qaytarmayıb.
Bütün tərəflər dindirildikdən sonra məhkəmə istintaqı tamamlanıb. Prokuror Valeh Ələkbərov Ruhiyyə Məmmədovanın külli miqdarda ziyan vurmaqla oğurluq erməkdə təqsirli bilinərək 7 il azadlıqdan məhrum edilməsini tələb edib.
Telman Hüseynovun sədrlik etdiyi hakimlər də xanım müttəhimin təqsirli olduğunu təsdiq ediblər.
Hökmə əsasən, R.Məmmədova 5 il 6 ay azadlıqdan məhrum edilib. Sərbəst mühakimə olunan xanım elə məhkəmə zalında həbs edilib.